Xəstəlik qorxusundan intihar edən qadının koronavirusa yoluxmadığı aşkarlandı

Xəstəlik qorxusundan intihar edən qadının koronavirusa yoluxmadığı aşkarlandı
DÜNYA
15:20 21.05.2020
1424
Rusiyanın Başqırdıstan Respublikasında COVID-19 şübhəsi ilə xəstəxanaya yerləşdirilən qadın intihar edib.

Regionun mərkəzi televiziyası xəbər verir ki, hadisə Ufa şəhərində yerləşən 18 saylı xəstəxanada baş verib.

Koronavirus diaqnozu qoyulan 69 yaşlı qadın dünən axşam saatlarında özünü öldürüb. Öləndən sonra test cavabı çıxan qadının koronavirusa yoluxmadığı məlum olub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin təfərrüatını araşdırırlar.
 
 
///oxu.az
OXŞAR XƏBƏRLƏR