"Xəstəlik səbəbi ilə əsgərlikdə olmayan müğənni var" - Elnardan Elzaya cavab

"Xəstəlik səbəbi ilə əsgərlikdə olmayan müğənni var" - Elnardan Elzaya cavab
MAQAZİN
15:12 01.12.2023
243
Tanınmış müğənni Elnar Xəlilov əməkdar artist Elza Seyidcahanın "Əsgərlikdə olmayan müğənnilər, gedib onların qarşısında çıxış etməsin” fikrinə münasibət bildirib.

AZXEBER.COM xəbər verir ki, müğənni bu fikir ilə razılaşmadığını bildirib:

"Elza xanım fikrində çox səhv edir. Əgər onun dediyi kimi olmalıdırsa, onda gərək övladı olmayan insanlar da toylara getməsin. Bu çox absurd bir şeydir. Bu gün xəstəlik səbəbilə əsgərdə olmayan müğənni var, ola bilər. Yəni, onun haqqı yoxdur ki, gedib əsgərlərə konsert versin? Bəlkə də Elza xanımın sözlərində həqiqət var amma tərzi yalnış idi. Çox aqressiv yanaşdı”.

Aysel
OXŞAR XƏBƏRLƏR