Xəstəlik vərəqələri elektron formada tərtib ediləcək

SAĞLAMLIQ
17:22 05.04.2024
599
Nazirlər Kabineti "Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədləri üçün ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında” qərarənda dəyişiklik edib.

APA-nın xəbərinə görə, qərarın adı dəyişib, "Sığortaolunanlar üçün xəstəlik vərəqələrinin elektron sənəd formasında tərtib edilməsi qaydası haqqında təlimat” olub.

Xəstəlik vərəqələrinin elektron sənəd formasında "Vahid Səhiyyə İnformasiya Sistemi” vasitəsilə Elektron Hökumət İnformasiya Sisteminə ötürülməsi üçün Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə zəruri tədbirlər görməlidir.

"Sığortaolunanlar üçün xəstəlik vərəqələri, onları tərtib etmək hüququna malik olan tibb müəssisələrinin həkimləri ( tibb müəssisələrinin həkimləri) tərəfindən elektron sənəd formasında tərtib ediləcək. "Xəstəlik vərəqələri sığortaolunanlar və sığortaedənlər tərəfindən Səhiyyə Nazirliyinin "Vahid Səhiyyə İnformasiya Sistemi” (VSİS) vasitəsilə elektron sənəd formasında, o cümlədən sığortaolunan tərəfindən tibb müəssisəsinə müraciət edildikdə VSİS-dən kağız daşıyıcıda çap olunmuş formada əldə ediləcək.

Bu Qərar 2024-cü il mayın 1-dən qüvvəyə minir.

Nazirlər Kabinetindən APA-ya verilən xəbərə görə, 2024-cü il 1 may tarixindən etibarən sığortaolunanlar üçün xəstəlik vərəqələri aidiyyəti tibb müəssisələri tərəfindən elektron sənəd formasında tərtib olunmaqla əmək qabiliyyətinin itirilməsinə görə müvafiq müavinətin ödənilməsi üçün həm işəgötürənə, həm də Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna elektron qaydada göndəriləcək.

Bununla da vətəndaşlar tərəfindən xəstəlik vərəqələrinin alınması üçün sərf olunan vaxt itkisi aradan qaldırılacaq, müvafiq ödənişlər elektron qaydada daxil olan xəstəlik vərəqələri əsasında daha operativ aparılacaq.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb