Xəstəlikdən vəfat edən nazirlər - FOTO

Xəstəlikdən vəfat edən nazirlər - FOTO
SOSİAL
20:25 02.05.2021
698
Aprelin 30-da ABŞ-da ağciyər xərçəngi və qaraciyər serrozundan müalicə olunduğu xəstəxanada vəfat edən gənclər və idman naziri Azad Rəhimov bu gün II Fəxri Xiyabanda torpağa tapşırıldı. 

AZXEBER.COM xəbər verir ki, Azad Rəhimov indiyədək Azərbaycanda vəzifə başında dünyasını dəyişən üçüncü nazirdir.

Belə ki, Azərbaycanın sabiq energetika naziri Natiq Əliyevlə, keçmiş müdafiə sənayesi naziri Yavər Camalov da vəfat edərkən vəzifədə olublar.
 
Mərhum məmurların vəzifələri ilə yanaşı, taleləri də oxşar olub. Məsələ burasındadır ki, hər üç nazirin vəfat səbəbi üzləşdikləri ağır xəstəlik olub. Adıçəkilən nazirlərin üçü də müalicə üçün məhz xarici ölkələrə üz tutub.

İlk olaraq, 2017-ci ilin iyunun 3-də Natiq Əliyev Bakıda ürək tutmasından sonra müalicə üçün Türkiyəyə aparılmışdı. Qardaş ölkədə "Florence Nightingale” klinikasına yerləşdirilən N.Əliyev 6 gün sonra beyin insultu keçirmiş və dünyasını dəyişmişdi. 
 
2005-2013-cü illərdə sənaye və energetika naziri, 22 oktyabr 2013-cü ildənn isə energetika naziri işləyən Natiq Əliyev də, Azad Rəhimov kimi II Fəxri Xiyabanda dəfn olunub.

Natiq Əliyevin vəfatından bir il sonra isə Yavər Camalov müdafiə sənayesi naziri olarkən dünyasını dəyişib. Azad Rəhimov kimi 2006-cı ildə nazir təyin olunan Yavər Camalovun da ölümünə uzun sürən ağır xəstəlik səbəb olub. O da müalicə üçün xaricə - bir neçə dəfə İsrailə getmişdi. 2018-ci ilin iyunun 23-də vəfat edən Y.Camalov Şüvəlan qəsəbə qəbiristanlığında, 2017-ci ildə Türkiyədə özəl xəstəxanaların birində üzləşdiyi xəstəlik səbəbindən vəfat edən 44 yaşlı oğlu Rövşən Camalovun yanında dəfn olunub. 
 
Mərhum nazirlərin digər oxşar talelərindən biri də övladları ilə bağlıdır. Belə ki, nə Azad Rəhimovun, nə Natiq Əliyevin, nə də Yavər Camalovun qız övladı var. Azad Rəhimovun Arif Rəhimov, Natiq Əliyevin Fərhad Əliyev adında bir oğlu, Yavər Camalovun isə vəfat edən oğlu Rövşəndən başqa, iki oğlu var. Bunlar Elşən və Rəşad Camalovlardır.
 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ceyhun Bayramov ilə İshaq Dar arasında telefon danışığı olub
20:55 18.06.2026
Ceyhun Bayramov ilə İshaq Dar arasında telefon danışığı olub
Zəhra həkim səhlənkarlığına görə ölüb? - Açıqlama
20:43 18.06.2026
Zəhra həkim səhlənkarlığına görə ölüb? - Açıqlama
Azərbaycanın yüksələn beynəlxalq statusu: Bakıdan formalaşan etimad, inkişaf və strateji tərəfdaşlıq gündəliyi
20:35 18.06.2026
Azərbaycanın yüksələn beynəlxalq statusu: Bakıdan formalaşan etimad, inkişaf və strateji tərəfdaşlıq gündəliyi
Türkiyə şou-biznesində qalmaqal: Səkkiz məşhurun narkotik testinin nəticəsi müsbət çıxdı
20:28 18.06.2026
Türkiyə şou-biznesində qalmaqal: Səkkiz məşhurun narkotik testinin nəticəsi müsbət çıxdı
Prezidentin iştirak etdiyi tədbirdə Məmməd Arazın şeirini dedi
20:25 18.06.2026
Prezidentin iştirak etdiyi tədbirdə Məmməd Arazın şeirini dedi
Tur paketləri adı altında dələduzluq: Şübhəli bilinən qadın ölkədən qaçdı
20:19 18.06.2026
Tur paketləri adı altında dələduzluq: Şübhəli bilinən qadın ölkədən qaçdı
“Coğrafi yerləşmə bəzən başağrısı ola bilər”
20:15 18.06.2026
“Coğrafi yerləşmə bəzən başağrısı ola bilər”
“Ermənistanı məcbur edə bilərdilər, amma istəmirdilər” - İlham Əliyev
20:14 18.06.2026
“Ermənistanı məcbur edə bilərdilər, amma istəmirdilər” - İlham Əliyev
Sabunçuda göz qapağı paltar zəncirbəndinə ilişən qadın xilas edildi - VİDEO
20:08 18.06.2026
Sabunçuda göz qapağı paltar zəncirbəndinə ilişən qadın xilas edildi - VİDEO
Rusiya MN son sutkada 1000-ə yaxın Ukrayna dronunun vurulduğunu bildirib
19:46 18.06.2026
Rusiya MN son sutkada 1000-ə yaxın Ukrayna dronunun vurulduğunu bildirib
"İnter" Marko Palestra üçün "Atalanta"ya təklif göndərib
19:27 18.06.2026
"İnter" Marko Palestra üçün "Atalanta"ya təklif göndərib
"Tik-Tok uşaqları zərərli informasiyalarla üz-üzə qoyur" - Elşad Hacıyev
19:12 18.06.2026
"Tik-Tok uşaqları zərərli informasiyalarla üz-üzə qoyur" - Elşad Hacıyev
Lavrov Ukraynaya kütləvi zərbələrin anonsunu verib
18:59 18.06.2026
Lavrov Ukraynaya kütləvi zərbələrin anonsunu verib
Rusiya 500-dən çox Ukrayna hərbçisinin meyitini Kiyevə təhvil verib
18:48 18.06.2026
Rusiya 500-dən çox Ukrayna hərbçisinin meyitini Kiyevə təhvil verib
“Real Madrid” “Liverpul”un ulduzunu transfer etdi
18:37 18.06.2026
“Real Madrid” “Liverpul”un ulduzunu transfer etdi
Qubernator: Moskva vilayətinə PUA hücumunda 16 nəfər xəsarət alıb
18:23 18.06.2026
Qubernator: Moskva vilayətinə PUA hücumunda 16 nəfər xəsarət alıb