Xəstəliyi ona şöhrət gətirdi: Bir sivilcə ilə həyatı dəyişdi

Xəstəliyi ona şöhrət gətirdi: Bir sivilcə ilə həyatı dəyişdi
DÜNYA
11:02 06.04.2023
457
Gənc qızın hələ 13 yaşında ikən dodaq kənarındakı dəri problemi zamanla diaqnozu qoyulmayan xəstəliyə çevrilib. Dəri problemini sosial şəbəkədə paylaşan 18 yaşlı qız diqqət çəkərək məşhurlaşıb.

AZXEBER.COM xəbər verir ki, Böyük Britaniyanın Bukingemşir bölgəsində yaşayan 18 yaşlı Nensi Morel bədəninin böyük bir hissəsini əhatə edən, səbəbi hələ anlaşılmayan sızanaqları göstərərək sosial mediada fenomenə çevrilib.

Xəstəliyin 13 yaşında məktəbdə dodağının kənarında görünən sızanaqla başladığını ifadə edən Morel illər keçdikcə ona səhv diaqnoz qoyulduğunu söyləyib. Bütün ağrılı prosesə baxmayaraq xəstəliyini qəbul etdiyini bildirən Morel onunla oxşar vəziyyətlər yaşayanlara ilham olmaq istədiyini dilə gətirib.

Xəstəliyə ilk dəfə 13 yaşında dodağının kənarında ağrılı sızanaqla rastlaşdığını izah edən Morel "Məktəbdə idim və birdən dodağım şişməyə başladı. Məktəb tibb bacısı bunun allergik reaksiya olduğunu söylədi. Xəstəxanaya gedəndə həkimlər heç bir allergik reaksiya olmadığını təsdiqləsələr də, nə olduğunu deyə bilmədilər. Nəhayət, şişlik göyərməyə başladı və ləkələr bütün bədənimə yayıldı. Heç kim heç nə edə bilmədi”, deyib.

O, hazırda sosial şəbəkələrdə fenomenə çevrilib, bildirib ki, məqsədi üzündə sızanaqları olanlara ilham verməkdir.

Ayşən

 


 

 

OXŞAR XƏBƏRLƏR