Türkiyənin Osmaniye xəstəxanasına qarın ağrısı, ürəkbulanma və qusma şikayətləri ilə müraciət edən 40 yaşlı qadının mədə və nazik bağırsağından ümumi çəkisi 2 kilo olan tük kütləsi çıxarılıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, xəstənin nadir xəstəlik olan Trixobezoar (Rapunzel) sindromundan əziyyət çəkdiyi öyrənilib.
Qadın əməliyyata alındıqdan sonra mədəsindən 12-13 santimetr uzunluğunda 2 ədəd, nazik bağırsağından isə 3 ədəd 10 santimetr uzunluğunda, ümumi çəkisi 2 kiloqram olan saç kütləsi çıxarılıb.
Xəstənin səhhətinin yaxşı olduğu və yaxın günlərdə evə buraxılacağı öyrənilib.
Oksana