Xəstəxana idarəetmə sisteminin mobil versiyası hazırlanıb

SAĞLAMLIQ
11:32 23.12.2024
533
"İnstrumental müayinəyə dair şəkillərin bir bazada toplanması və əlçatanlığın təmin edilməsi üçün Mərkəzi PACS sistemi qurulub”.
 
AZXEBER.COM xəbər verir ki, bunu TƏBİB-nin İcraçı direktoru Vüqar Qurbanov 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransında deyib.
 
O qeyd edib ki, həmin sistemə hazırda 16 tibb müəssisəsinin bütün müvafiq tibbi avadanlıqları inteqrasiya edilib, sistemdə 400 minə yaxın pasiyentin məlumatları yerləşdirilib:
 
"E-tabib” xəstəxana idarəetmə sisteminin, İT infrastrukturun təkmilləşdirilməsi və İnformasiya təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı da uğurla addımlar atılıb. Xəstəxana idarəetmə sisteminin mobil versiyası da hazırlanıb. Bu sistem sayəsində həkimlər hər yerdən pasiyent məlumatlarına sürətlivə təhlükəsiz çıxış əldə edirlər ki, bu da diaqnostikavə müalicə proseslərini xeyli sürətləndirir. Eyni zamanda pasiyentlərin tibbi tarixçəsinə dərhal çıxış imkanının olması həkimlərə fərdi yanaşmanı təmin etməyə və daha effektiv müalicə üsulları tətbiq etməyə imkan verir. Sözügedən sistemin 2025-ci ilin birinci rübündən başlayaraq tətbiq edilməsi planlaşdırılır”.

OXŞAR XƏBƏRLƏR