Xəstəxanada dəhşətli yanğın: 29 nəfər öldü

Xəstəxanada dəhşətli yanğın: 29 nəfər öldü
DÜNYA
10:45 19.04.2023
231
Çinin paytaxtı Pekində özəl xəstəxananın stasionar bölməsində yanğın baş verib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, baş verən yanğında 29 nəfər həyatını itirib.

Səlahiyyətlilər ötən gün günortadan sonra Fingtay bölgəsindəki Pekin Changfing Xəstəxanasında baş verən yanğında daha 8 nəfərin öldüyünü bildirib.

Yanğının baş verdiyi xəstəxana binasının şərq qanadı bağlanarkən, ambulator xidmətlər dayandırılıb. 

Dünən günorta saatlarında baş verən yanğından sonra bölgəyə yanğınsöndürənlər, sağlamlıq və təcili yardım qrupları göndərilib, 71 xəstə xilas edilərək təxliyə edilib.

Yanğın zamanı tüstü içində xəstəxana binasının pəncərələrindən çarşaflarla asılan və binanın divarına qədər uzanan pilləkənlərə çıxmağa çalışan insanların görüntüləri sosial mediada yayılıb.

Yanğının səbəbi hələ müəyyən edilməsə də, hadisə ilə bağlı araşdırmalar davam edir.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR