Məşhur qəzəlxan Mahir Cürət bu gün Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə yerləşdirilib.
AZXEBER.COM-un məlumatına görə, bu barədə oxu.az-a meyxanaçının bacısı oğlu Nuh Tarverdiyev bildirib.
O, dayısının nə qədər müddətə xəstəxanada qalacağının hələlik bəlli olmadığını diqqətə çatdırıb:
"Vəziyyəti pisdir. Ayaqları yaradır, çürüyür, müalicə lazımdır, ona görə də nə vaxt xəstəxanadan təxliyə olunacağını bilmirik”.