Xəstəxanadan evə buraxılan məşhur aktyorun son vəziyyəti açıqlandı

Xəstəxanadan evə buraxılan məşhur aktyorun son vəziyyəti açıqlandı
DÜNYA
15:00 01.04.2024
127
İnsult keçirərək xəstəxanaya yerləşdirilən ustad aktyor Kadir İnanırın reanimasiyadan çıxarıldığı açıqlanıb.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə aktyorun müalicə aldığı xəstəxananın baş həkim məlumat verib.
 
"Bu gün Kadir İnanırın reanimasiya müalicəsi prosesi tamamlandı. Sonrakı mərhələ xidmət içi müalicə olaraq davam edəcək. Onun müalicəsi nevrologiya xidmətimizdə davam edəcək. Reabilitasiya prosesi davam edir. Bildiyiniz kimi, reabilitasiya prosesi uzun bir proses, bəzən aylar çəkə bilər. Əvvəlki birgə xəstəliklərin də burada təsiri var. Amma indiyə qədər müalicəsi müsbət olub və bu gündən etibarən onu reanimasiyadan çıxarmışıq”, - deyə həkim açıqlamasında deyib.

Xatırladaq ki, martın 24-də Beykozdakı evində qəfil halı pisləşən Kadir İnanır təcili yardımla Ümraniye Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.
 
Aktyorun beyin MRT-si olub və analizlər nəticəsində o, əməliyyat olunub və beynindəki tıxanmış damar açılıb.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR