Ağ Evin Milli Təhlükəsizlik müşaviri gündəmlə bağlı sualları cavablandırıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyətinin İsrailin Qəzzadakı Qüds Xəstəxanasını təhdid etdiyinə dair açıqlaması ilə bağlı Ağ Evin Milli Təhlükəsizlik müşaviri Ceyk Sullivan beynəlxalq humanitar hüquqa görə xəstəxanaların hədəfə alınmaması lazım olduğunu bildirib.
Sullivan Fələstin Qızıl Aypara Cəmiyyətinin İsrail qüvvələrinin Qəzzada Qüds xəstəxanasını bombalayacağı təhdidinə dair açıqlaması ilə bağlı sualı belə cavablandırıb:
"Belə bir şey eşitməmişəm. Ona görə də mən bunu nə təsdiq, nə də təkzib edə bilərəm. Sizə deyə bilərəm ki, xəstəxanalar mühüm mülki infrastrukturdur. Beynəlxalq humanitar hüquqa görə xəstəxanalar hədəfə alınmamalıdır. Onlar hərbi hədəf deyil” -deyə cavab verib.
Ayşən