Xətai rayonunda əməliyyat -20 kq narkotik vasitə aşkarlandı

Xətai rayonunda əməliyyat -20 kq narkotik vasitə aşkarlandı
KRİMİNAL
14:25 09.01.2026
234
Xətai Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib.
 
AZXEBER.COM xəər verir ki, tədbir zamanı 25 yaşlı Bakı şəhər sakini Hüseyn Məmmədzadə saxlanılıb. Onun əlində olan bağlamaya baxış zamanı 12 kiloqram 840 qram marixuana və 7 kiloqram 290 qram tiryək aşkarlanıb. H.Məmmədzadə ifadəsində narkotikləri sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan naməlum İran vətəndaşından paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiyini bildirib.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR