‘Xəyanət, satqınlıq’ - YAP Əlikram Hümbətov haqqında

‘Xəyanət, satqınlıq’ -  YAP Əlikram Hümbətov haqqında
SİYASƏT
14:29 27.09.2013
3391

“Separatçı Əlikrəm Hümbətovun bu hərəkətinin arxasında dayanan niyyət də, onun bu hərəkətinin mahiyyəti də sadəcə bir sözlə ifadə oluna bilər - xəyanət, satqınlıq”. Bunu Trend-ə müsahibəsində hakim Yeni Azərbaycan Partiyasının Sədr müavini, icra katibi Əli Əhmədov Əlikram Hümbətovun Ermənistana və oradan Azərbaycanın işğal olunmuş ərazilərinə getməsini şərh edərkən deyib.

Ə.Əhmədov bildirib ki, Əlikram Hümbətovun nə Azərbaycan vətəndaşı adından, nə guya onun "təmsil elədiyi" talışların adından danışmağa haqqı yoxdur: "Ona belə bir hüququ heç kim verməyib və belə bir səlahiyyət sahibi deyil. Sadəcə olaraq o, həm bir insan kimi, həm də bir siyasətçi kimi nə qədər mənəviyyatını itirdiyini ortaya qoymuş oldu. Mən inanmıram ki, ondan bir alət kimi istifadə edən ermənilər ona hörmət edirlər. Yəqin ki, ermənilər də ona daxildə nifrət edirlər. Çünki öz dövlətini, millətini satan heç kimə sadiq ola bilməz".

YAP rəsmisi bildirib ki, Əlikram Hümbətov indi özünü ermənilərin dostu kimi göstərir, amma yəqin ki, ona xain, içərisi xislətlə dolu olan bir insan kimi baxırlar, amma ondan istifadə edirlər: "Mən inanmıram ki, Əlikrəm Hümbətovdan hansısa ciddi xarici qüvvələr istifadə etsinlər, çünki o, elə fiqur deyil ki, onun xidmətinə hansısa ciddi təşkilatlar istinad etsinlər və ehtiyac duysunlar".

Ə.Əhmədovun sözlərinə görə, yalnız ermənilər separatçı Əlikram Hümbətovdan ən ucuz kampaniyalarında istifadə edə bilərlər, özü də çox qısa bir müddətdə: "İndi Azərbaycanda seçki kampaniyası gedir və ermənilər bundan faydalanaraq guya Əlikram Hümbətov kartından istifadə etmək istəyirlər, lakin əslində onu sadəcə olaraq yaramaz, şəxsiyyətini itirmiş bir insan kimi bütün Azərbaycana təqdim etməyə nail oldular. Separatçı Əlikrəm Hümbətovun bu hərəkətlərində qazandığı yalnız ondan ibarətdir ki, bütün azərbaycanlıların daha dərin nifrətinə tuş gəlmiş oldu".

Qeyd edək ki, Ermənistanda və Azərbaycanın işğal olunmuş ərazilərində keçirilən görüşlərdə Ə.Hümbətov qondarma "Talış-Muğan Respublikası"nın "prezidenti" kimi təqdim olunub. Separatçı Ə.Hümbətov keçirdiyi görüşlərdə Azərbaycan dövlətçiliyinin əleyhinə fikirlər səsləndirib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
04:32 11.03.2026
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
22:59 10.03.2026
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
22:54 10.03.2026
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
22:51 10.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb