"Masterşef Türkiyə" yarışması ilə məşhurlaşan italyan aşpaz Danilo Zannanın hər ay 90 min lirə aliment ödəyəcəyi məlum olub.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Zanna 2021-ci ildə Tuğçe Demirbilekdən qarşılıqlı razılıq əsasında boşanıb.
Alimentlə bağlı yaranan fikir ayrılığından sonra Tuğçe Demirbilek yenidən məhkəməyə müraciət edib.
Məhkəmənin qərarı ilə Zanna, Tuğçe Dəmirbilək üçün ayda 60 min lirə, oğlu Zeno üçün isə 30 min lirə aliment ödəyəcək.
Aysel