Xəyanətlə üzləşən kişi arvadını və onun sevgilisini öldürdü

Xəyanətlə üzləşən kişi arvadını və onun sevgilisini öldürdü
DÜNYA
15:33 01.04.2024
167
Türkiyənin Diyarbakır şəhərində qadın və kişi birlikdə yaşadıqları evin qapısında güllələnmiş vəziyyətdə tapılıb. 

AZXEBER.COM xəbər verir ki, hadisə Bağlar rayonu, Kaynartəpə məhəlləsi 212-ci küçəsində qeydə alınıb.  

İddiaya görə, şübhəli ər A.M. səhər saatlarında Sevda M. (34 yaş) və Mehmet Sadıç (50 yaş) birlikdə yaşadığı evə gedib. 

A.M. qapını döyəndə qarşısına çıxan Mehmet Sadıçla mübahisə edib. Burada A.M belindən götürdüyü silahla həyat yoldaşını və Mehmet Sadıçı qapının qarşısında güllələyib.  

Hadisə yerinə təcili yardım və polis qrupları sövq edilib. 

Təcili yardım qrupları tərəfindən Mehmet Sadıç və Sevda M-nin həyatını itirdiyini müəyyən edilib. 

İki cəsəd yarılma üçün Diyarbakır meyitxanasına aparılıb. 

Hadisə ilə bağlı istintaq davam edir. 

Oksana
OXŞAR XƏBƏRLƏR