Xeyriyyəçiliklə bağlı məsələlərin vergidən azad edilməsi ilk dəfədir təklif olunub.
AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, bu barədə vergilər naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən plenar iclasda çıxışında bildirib.
Onun sözlərinə görə, burada həm mexanizmlərin çalışması, həm də ümumilikdə mövcud dəyişikliklər nəzərə alınmaqla büdcə bazası hesablanıb:
"Hazırda daha geniş azad olmaların təqdim edilməsi mümkündürsə, biz bunu növbəti büdcə prosesində müzakirə edə bilərik".