Xəzər dənizində bədbəxt hadisə - Ölən var

SOSİAL
12:30 19.11.2024
298
Bu gün səhər saatlarında bir nəfər limanda dənizə düşüb və həyatını itirib.

Bununla bağlı Oxu.Az-a məlumat daxil olub.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" ASC-nin Mətbuat Xidmətinin rəhbəri Mehman Mehdiyev açıqlamasında faktı təsdiqləyib.

O qeyd edib ki, "ASCO Nəqliyyat" MMC-nin sürücüsü Mirzə Əbdüləzimzadə ilkin ehtimala görə, ehtiyatsızlıq səbəbindən limanda dənizə düşüb.

"Dərhal aidiyyəti üzrə məlumat verilib və aparılan xilasetmə tədbirləri nəticəsində meyit sudan çıxarılıb. Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırmalar aparılır", - deyə açıqlamada bildirilir.

OXŞAR XƏBƏRLƏR