Xəzər dənizindəki küləkdən enerji alınacaq - Nazirdən AÇIQLAMA

İQTİSADİYYAT
10:29 05.11.2021
310
"Azərbaycanda Xəzərin külək potensialının istismarı üzrə yol xəritəsi hazırlanır. Bunu biz Beynəlxalq Maliyyə Korporasiyası ilə birgə hazırlayırıq”.

AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycan energetika naziri Pərviz Şahbazov VIII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, yol xəritəsinin hazırlanmasına mütəxəssislər də cəlb olunub:

"Bu, hərtərəfli bir yol xəritəsi olacaq. Bunun əsas məqsədi Xəzərdəki külək enerjisinin potensialının necə istifadə edilməsi ilə bağlıdır. Bunun həm iqtisadi, həm də texniki nöqteyi nəzərdən, kommersiya nöqteyi nəzərdən cəlbedici olması lazımdır ki, müvafiq investisiya layihələri bu istiqamətdə həyata keçirilə bilsin”, - deyə nazir əlavə edib.
OXŞAR XƏBƏRLƏR