'Xəzər Lənkəran' 3000 AZN cərimələndi

İDMAN
16:28 26.02.2013
1028
AFFA-nın İntizam Komitəsi 21-ci turdan sonra iclas keçirib və klubların cərimələrini açıqlayıb.
AZXEBER.COM-un AFFA-nın rəsmi saytına istinadən verdiyi xəbərə görə, “Qəbələ” - “Xəzər Lənkəran” oyununda hər iki klubun 4 futbolçusu sarı vərəqə aldığından klublar 1000 manat cərimə olunacaq."Xəzər Lənkəran” klubunun futbolçusu Vauderson Skarduelli aqressiv oynadığına görə 3 oyunluq cəzalanıb və klub buna görə, əlavə olaraq 3000 manat cərimə ödəyəcək.“Simurq” “Bakı” oyununda birincilərin “Simurq”un 5 futbolçusu sarı vərəqə ilə cəzalandığından klub 1000 manat ödəyəcək. Oyundan sonra “Bakı” nın futbolçuları paltardəyişmə otağının qapısını sındırdığına görə “Bakı” klubu cəzalanır və buna görə cəriməni “Simurq”a ödəyəcək.“Neftçi” “İnter” oyununda flaqmanın azarkeşləri stadiona pirotexniki maddələr atdığına görə klub 2000 manat cərimə ödəyəcək.

OXŞAR XƏBƏRLƏR