AZXEBER.COM-un klubun saytına istinadən yaydığı xəbərə görə, “böyük oyun”lar tarixində ilk dəfə bu qarşılaşma Lənkəran komandası yubiley qolu ilə yadda qalıb. Matçda hesabı açan Sadio Tounkara “Xəzər Lənkəran”ın tarixi ərzində vurduğu 500-cü qolun müəllifi olub. Bununla da malili legioner klub tarixinə yubiley qoluna imza atan ilk afrikalı kimi düşüb.
“Xəzər Lənkəran” bu 500 qoldan 364-nü çempionatda, 111-ni kubokda, 12-ni avrokuboklarda, 13-nü "Birlik kuboku"nda vurub.Klubun tarixi qolları1 Çöri İlir (Albaniya) - 07.08.200450 Oqtay Dərəlioğlu (Türkiyə) - 12.04.2005100 Xaqani Məmmədov -12.02.2006150 Vüqar Nadirov - 20.11.2006200 Zaur Ramazanov- 18.08.2007250 Zaur Ramazanov - 27.01.2008300 Klaudiu Radukanu (Rumıniya)- 30.10.200823350 Mario Souza (Braziliya) -04.11.2009400 Uinston Parks (Kosta-Rika)- 23.10.2010450 Adrian Pit (Rumıniya)- 17.09.2011500 Saduo Tounkara (Mali)- 15.09.2012