‘Xəzər Lənkəran’ Bakıya gəlir

‘Xəzər Lənkəran’ Bakıya gəlir
İDMAN
11:56 01.03.2012
1537

“Xəzər Lənkəran” bu gün Lənkərandan Bakıya gəlir.

 AZXEBER.COM-un məlumatına görə, komandamız “Happy İnn” otelində məskunlaşacaq və martın 3-də “Sumqayıt”a qarşı baş tutacaq Premyer Liqanın XXII tur oyununa hazırlıq məqsədilə toplanış keçirəcək.

Millimizin düşərgəsini səhhətində problem olduğuna görə vaxtından tez tərk edən Elnur Allahverdiyevdən başqa “Xəzər Lənkəran”ın heyətində zədəli oyunçu yoxdur. “Sumqayıt”la oyuna qədər Elnur tibbi müayinədən keçəcək və onun həmin görüşdə çıxış edə bilib-bilməyəcəyı müəyyən ediləcək.

Qeyd edək ki, komandamızın Bakıdakı hazırlığı artıq baş məşqçimiz Cüneyt Biçerin rəhbərliyi altında keçiriləcək. Biçer AFFA-nın dəvətilə digər klubların məşqçiləri ilə birgə Dubayda milli komandamızın düşərgəsində idi.

Ozal İbrahimli

OXŞAR XƏBƏRLƏR