"Xəzər Lənkəran" Kamran Ağayevi transferə çıxardı

İDMAN
12:10 28.07.2012
1505
Bu haqda qərar klub rəhbərliyinin keçirdiyi iclasda qəbul olunub
“Xəzər Lənkəran” futbol klubu üç futbolçusunu transferə çıxarıb. Bu haqda qərar klub rəhbərliyinin keçirdiyi iclasda qəbul olunub. Klubdan verilən məlumata görə, transferə çıxarılanlar qapıçı Kamran Ağayev, kosta-rikalı hücumçu Rendall Brenes və braziliyalı yarımmüdafiəçi Rikardo Qomeşdir. Adı çəkilən futbolçuların yerlərinə tezliklə yeni oyunçular cəlb olunacağı gözlənilir.

OXŞAR XƏBƏRLƏR