"Xəzər Lənkəran"ın idman direktoru istefa verdi

İDMAN
17:35 31.05.2013
1191
“Xəzər Lənkəran” klubunda dəyişiklik olub. Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlunun verdiyi məlumata görə, komandanın idman direktoru Babək Quliyev postundan istefa verib.Hüseyn Cəbrayıloğlunun sözlərinə görə, bu gün Babək Quliyevlə klub rəhbərliyi arasında görüş keçirilib və ondan sonra bu qərar qəbul edilib. Lakin onun yerinə heç kim təyin olunmayıb.Xatırladaq ki, Babək Quliyev bu ilin fevralından klubda idman direktoru vəzifəsində çalışır.
OXŞAR XƏBƏRLƏR