Antalyadakı təlim-məşq toplanışı çərçivəsində "Xəzər Lənkəran"ın fevralın 2-ə nəzərdə tutulan son yoldaşlıq oyunundakı rəqibi müəyyənləşib.
Bu, Bolqarstanın Premyer Liqa təmsilçisi "Etar" klubudur.
Bu oyundan sonra komanda Antalyada daha 2 gün hazırlıq keçib vətənə dönəcək.
Hazırda isə məşqlər davam edir, komanda növbəti rəqiblə görüşə hazırlaşır. Xəbər verdiyimiz kimi, yanvarın 30-da "Xəzər Lənkəran" Moldovanın "Zimbru" klubu ilə qarşılaşacaq.//qol.az