Xəzər rayonunda su təchizatna dair işlər görülür - Video

Xəzər rayonunda su təchizatna dair işlər görülür - Video
SOSİAL
12:07 10.06.2025
489
Xəzər rayon əhalisinin dayanıqlı və keyfiyyətli içməli su təchizatı və tullantı sularının axıdılması məqsədilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Xəzər rayon Sukanal İdarəsi işləri müntəzəm davam etdirir.
 
AZXEBER.COM xəbər veirr ki, idarənin işçi heyəti gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və şəbəkələrdə baş vermiş qəzalar qısa vaxt ərzində aradan qaldırılır. 

Xəzər Rayon Sukanal İdarəsinin Baş mühəndisi Emil Abbasov bildirib ki, "Xəzər Rayon Sukanal İdarəsi 62250 abonentə xidmət göstərir. Əhalini keyfiyyətli içməli su ilə təmin etmək üçün Sukanal İdarəsinin Qəza xidməti 24 saat xidmətdədir”. Baş mühəndisin bildirdiyinə görə, Su təchizatının yaxşılaşdırılması üçün Mərdəkan qəsəbəsi Sahil küçəsində diametri 200 milimetr olan xəttin üzərinə siyirtmə quraşdırılır. Paralel olaraq Şüvəlan qəsəbəsi Hacı Məmmədov küçəsini 110 millimetrlik xətdə baş vermiş qəzanın aradan qaldırılması, Yesenin küçəsində kanalizasiya xəttində tutulmanın aradan qaldırılması, Mərdəkan qəsəbəsi 28 May küçəsində su qəzasının aradan qaldırılması planlaşdırılıb.

Dövlət proqramına uyğun olaraq bir il ərzində Xəzər rayon Sukanal İdarəsi tərəfindən müxtəlif diametrli 17300 paqonometr su xətti çəkilib, 926 ədəd ev birləşməsi verilib, 1270 paqonometr müxtəlif diametrli istismara yararsız polad xətt dəyişdirilib. Şüvəlan qəsəbəsi, Mayak bağ massivində 5900 paqonometr, Buzovna qəsəbəsində Zaqulba prospektinin kənarında isə 1700 paqonometr su xətti çəkilib. Rayonun içməli su təchizatı ilə bərabər kanalizasiya şəbəkəsi istiqamətində də bir sıra işlər həyata keçirilib. Belə ki, idarə tərəfindən 2400 paqonometr müxtəlif diametrli kanalizasiya xətti çəkilib, 39 ədəd baxış quyusu, 1000 paqonometr qrunt və yağış suyu şəbəkəsi qurulub. Şüvəlan qəsəbəsi İlqar Muradov küçəsində 2100, Comərdli küçəsində 300 paqonometr müxtəlif diametrli kanalizasiya xətti çəkilib. Şağan qəsəbəsi, Yeni sahə adlanan ərazidə isə 1000 paqonometr müxtəlif diametrli qrunt və yağış suyu şəbəkəsi qurulub. 

Baş mühəndisi Emil Abbasov onu da qeyd etdi ki, Xəzər Rayon Sukanal İdarəsinin xidməti ərazilərində yağıntılardan sonra yaranan subasma hallarının aradan qaldırılması üçün bəzi tədbirlər görülüb. Belə ki, Şağan qəsəbəsi Yeni sahədə 700 paqonometr 160 millimetrlik təzyiqli xətt çəkilib, 800 paqonometr müxtəlif diametrli özüaxımlı xətlər çəkilərək drenaj sistemi qurulub. Yığılan yağış suları nasos vasitəsi ilə kənarlaşdırılır. Bundan əlavə Binə qəsəbəsi Babək küçəsində həyətlərə yığılan suların nəql edilməsi üçün 1100 paqonometr diametri 110 millimetr olan yağış su xətti də inşa edilib.

Qeyd edək ki, əhalinin su təchizatının yaxşılaşdırılması məqsədilə Xəzər rayon Su Kanal İdarəsinin xidməti ərazilərində bir sıra layihələrin icrası həyata keçirilir. Belə ki, Binə qəsəbəsi Bolluq yaşayış massivində 6990 paqonometr müxtəlif diametrli su xətlərinin çəkilməsinə başlanılıb. Bundan başqa Şüvəlan qəsəbəsində istismara yararsız olan 1270 paqonometr müxtəlif diametrli polad su xətti yeni polietilen xətlə əvəz olunub.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
04:32 11.03.2026
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
22:59 10.03.2026
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
22:54 10.03.2026
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
22:51 10.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb