Azərbaycan televiziya məkanında Türkiyə universitetlərindən bəhs edən yeganə veriliş bu mövsümdə də yayımına davam edir.
AZXEBER.COM xəbər verir ki, keçən il bir neçə universitet haqqında geniş məlumat verən "Kampüsdə həyat” verilişlərinin bu mövsüm üzrə çəkilişləri artıq yekunlaşıb.
Yeni mövsümün ikinci buraxılışı İstanbulda yerləşən Bahçeşehir Universiteti haqqındadır. Türkiyənin ən çox xarici tələbə təhsil alan bu universiteti ilə yaxından tanış olmaq istəyirsinizsə, bu bazar – 23 iyun saat 11.00-da Xəzər TV-də yayımlanacaq "Kampüsdə həyat” verilişini izləməyi unutmayın.
Bu verilişdə Bahçeşehir Universitetindəki təhsil imkanları, ayrı-ayrı fakültələr üzrə tədris şərtləri, tələbələr üçün yaradılmış sosial şərait və digər xüsusiyyətlərdən bəhs ediləcək. Veriliş CEO MEDİA şirkətinin məhsulu olub, aparıcıları isə Ceyhun Qəşəm və Vüsalə Abbasovadır.