Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı bu gün "Səni axtarıram" verilişi ilə ilk dəfə ARB TV-nin efirinə çıxıb.
AZXEBER.COM xəbər verir ki, Xoşqədəm Hidayətqızı dünən ARB kanalında ilk efirinə çıxıb. Bu münasibətlə onu təbrik edib ilk efirinə güllər göndərilib. Təbrik edənlər arasında Xəzər TV-nin rəhbəri, Xalq artisti Murad Dadaşov da olub. O, teleaparıcıya gül göndərib. Xanım aparıcı efirdə güllər üçün Dadaşova təşəkkür edib:
"Murad müəllim, diqqətinizə, hörmətinizə görə minnətdaram. "Xəzər"də çalışdığım müddətdə məni hər zaman fərqləndirdiyiniz, diqqət göstərdiyiniz üçün təşəkkür edirəm. Mənim üçün doğma olan Xəzər TV kollektivi, sizi çox sevirəm və öpürəm".