Xəzər Universitetində tələbə bıçaqlanıb.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli AZXEBER.COM-a bildirib ki, bu gün Nizami rayonu ərazisində, Xəzər Universitetində 20 yaşlı şəxsə kəsici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub:
"Əməli törətməkdə şübhəli bilinən həmyaşıdı F.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır",- deyə bildirilib.