"Xəzər TV"nin əməkdaşları düşmən atəşinə məruz qaldılar - VİDEO

"Xəzər TV"nin əməkdaşları düşmən atəşinə məruz qaldılar - VİDEO
SOSİAL
15:58 29.09.2020
3219
Məlum olduğu kimi Ermənistan silahlı qüvvələri təmas xətti boyunca təxribata əl atıb və Azərbaycan Respublikasının mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tuturlar.
 
Cəbhədə döyüşlər başlayandan bəri Xəzər TV-nin bir neçə əməkdaşı döyüş nöqtələrinə yaxın ərazilərdən canlı bağlantılara çıxır, tamaşaçılara son məlumatları çatdırılar.
 
AZXEBER.COM-un məlumatına görə, bu gün növbəti birbaşa bağlantı zamanı "Xəzər Xəbər"in əməkdaşları düşmənin atəşinə məruz qalıb, onların yanına mərmi düşüb. "Xəzər Xəbər"in əməkdaşı İbrahim Kamiloğludan aldığımız məlumata görə, düşmən tərəfindən atılan mərmi yaxınlıqlarına düşüb, xoşbəxtlikdən xəsarət ala olmayıb.
OXŞAR XƏBƏRLƏR