Xəzərdə balıqçılar batıb, onlardan biri xilas ola bilib

Xəzərdə balıqçılar batıb, onlardan biri xilas ola bilib
SOSİAL
21:44 17.10.2023
264
Xəzər dənizinin Şabran rayon sahillərində iki balıqçı dənizdə boğulmaq təhlükəsi ilə üzləşib.

"Report”un Şimal bürosunun məlumatına görə, onlardan biri xilas ola bilib.

Lakin Şabran rayon sakini, 1962-ci il təvəllüdlü Hüseynov Xələf Hüseyn oğlu dənizdə boğulub.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən balıqçının axtarışları davam etdirilir.
OXŞAR XƏBƏRLƏR