Xəzərdə batan 25 yaşlı gəncin meyiti tapıldı

Xəzərdə batan 25 yaşlı gəncin meyiti tapıldı
SOSİAL
13:50 06.09.2021
371
Xəzərdə nəzarətsiz ərazidə batan 25 yaşlı gəncin meyiti tapılıb.

AZXEBER.COM bildirir ki,  Fövqəladə Hallar Nazirliyindən  verilən məlumata görə, sentyabrın 5-də Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə batan 1996-cı il təvəllüdlü Qafarov Kənan Vüqar oğlunun axtarışları başa çatıb.

K.Qafarovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
OXŞAR XƏBƏRLƏR