Xəzərdə batan xilas edilib

Xəzərdə batan xilas edilib
SOSİAL
10:03 29.07.2017
857
Sabunçu rayonunda dənizdə çimərkən batan şəxs xilas edilib.

AZXEBER.COM Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Xidmətin xilasediciləri vətəndaşı sudan çıxararaq və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 19:20-də başa çatıb.
OXŞAR XƏBƏRLƏR