Xəzərdə gəmidə baş verən partlayışda xarici şirkətin işçiləri ölümcül yaralandı

Xəzərdə gəmidə baş verən partlayışda xarici şirkətin işçiləri ölümcül yaralandı
SOSİAL
23:22 08.05.2019
7005
Bakıda "İsrafil Hüseynov" adına gəmidə baş verən partlayış barədə yeni xəbər var. 
 
AZXEBER.COM-un əldə etdiyi məlumata görə, partlayış nəticəsində yaralanan şəxslər arasında xarici vətəndaşlar da var. Yaralılardan bir neçəsinin vəziyyəti ağırdır. 
 
Xəzər Dəniz Gəmiçiliyinin mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev hadisə barədə qafqazinfo-ya deyib ki,  "İsrafil Hüseynov" boru düzən gəmisinin borudüzmə zonasında hansısa texnoloji avadanlıqda qəza baş verməsi hadisəsindən xəbərdardırlar: "Gəmi ilə davamlı əlaqədəyik. Heyətdən heç kim xəsarət almayıb. Gəmini hazırda "Saipem” şirkətinə icarəyə vermişik. Qəza baş verən ərazidə həmin şirkətin nümayəndələri çalışırdı.  Bütün məlumatlar və ya işçilərin xəsarət alıb-almaması ilə bağlı məlumatları həmin şirkətdən ala bilərsiniz".
OXŞAR XƏBƏRLƏR