Xiaomi istifadəçilərinə şad xəbər - Daha bir modelə Android 13 gəldi

MARAQLI
13:32 02.05.2023
209
"Xiaomi" yeni modellərinə "MIUI 14" dəstəyi təklif etməyə davam edir.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, "Redmi Note 11 Pro" istifadəçiləri üçün yaxşı xəbər gəlib.

"Xiaomi"nin bazardakı smartfonlarında istifadə edilən MIUI 13 interfeysi telefonlara paylanmağa davam edərkən Çin şirkəti tezliklə yeni versiya olan MIUI 14-ü bir çox modellərə təqdim edəcək.

MIUI 14 ilə istifadəçilərə ən axıcı və ən yüngül mobil interfeysi təqdim etmək istədiklərini söyləyən Xiaomi meneceri Jin Fan da istifadəçilərə daha çox fərdiləşdirmə variantları təqdim etdiklərini ifadə edib.
 
Xiaomi indi Redmi Note 11 Pro üçün Android 13 əsaslı MIUI 14 yeniləməsini buraxıb.

"V14.0.1.0.TGDEUXM" versiya nömrəsi ilə yayımlanacaq yeni yeniləmə ən geci may ayına qədər geniş ictimaiyyətə təqdim ediləcək.
 
Mikayıl

OXŞAR XƏBƏRLƏR