Xidmət rəisi: “Türkiyəyə göndərilən yanğınsöndürənlərimizdən ciddi xəsarət alan yoxdur”

Xidmət rəisi: “Türkiyəyə göndərilən yanğınsöndürənlərimizdən ciddi xəsarət alan yoxdur”
SOSİAL
11:53 05.08.2021
271
"Türkiyədə yanğınların söndürülməsində iştirak edən əməkdaşlarımız arasında ciddi xəsarət alan yoxdur”.

Bunu "Report”a açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Füzuli Əsədov deyib.

O bildirib ki, sadəcə iki nəfər yüngül xəsarət alıb: "İki əməkdaşımızın yanğınların söndürülməsi zamanı ayağı burxulub. Onlara da lazımı köməklik göstərilib. Hazırda əməkdaşlarımız Türkiyədə yanğınların söndürülməsində fəal iştirak edirlər”.
OXŞAR XƏBƏRLƏR