Xidməti vəzifəsini yerinə yetirərkən 39 yaşlı polis məmuru Olgun Sandalcı infarkt keçirib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə ötən gün Türkiyənin Sakarya bölgəsində baş verib.
Həmkarlarının xəbəri üzərinə təcili tibbi yardım tərəfindən Karasu Dövlət Xəstəxanasına aparılan Sandalcını xilas etmək mümkün olmayıb.
Evli və iki uşaq atası olduğu öyrənilən Olgun Sandalcının cənazəsinin "Əsr" namazından sonra torpağa veriləcəyi öyrənilib.
Oksana