Xidmətdə olan polisi vurub öldürən sürücünün adı açıqlandı

Xidmətdə olan polisi vurub öldürən sürücünün adı açıqlandı
SOSİAL
11:27 04.02.2020
1703
Bakıda yol qəzasında polis əməkdaşının ölümü ilə bağlı cinayət işi başlanılıb.

"Report”un xəbərinə görə, hadisə fevralın 3-də, paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.

Belə ki, Koroğlu-Mərdəkan istiqamətində hərəkətdə olan paytaxt sakini Firudin Ömərovun idarə etdiyi "Toyota Land Cruiser” markalı avtomobili yolun kənarında duran polis serjantı Natiq Məhərrəmovu vuraraq öldürüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
OXŞAR XƏBƏRLƏR