Kahramanmaraşda baş verən zəlzələ fəlakətlərindən sonra Meksikadan gələn axtarış-xilasetmə qrupu ilə Adıyamanda çalışarkən həyatını itirən "Proteo” adlı itin heykəli İstanbul Sarıyerdəki parkda ucaldılacaq.
AZXEBER.COM "HaberGlobal”a istinadən xəbər verir ki, zəlzələ fəlakətində göstərdiyi səylərə görə, Proteonun heykəli Sarıyerdə əbədiləşdiriləcək.
Sarıyer Bələdiyyəsi tərəfindən edilən açıqlamaya görə, bu gün yapon yardım könüllüsü Dr. Atsuşi Miyazaki adına parkda Miyazaki və qəhrəman it Proteonun anım mərasimi keçirilib.
Mərasimində çıxış edən Sarıyer Bələdiyyə sədri Şükrü Genç 80 ölkədən təxminən 10 min insanın zəlzələ qurbanlarına axtarış-xilasetmə işlərindən tutmuş sağlamlıq sahəsində fəaliyyətlərə qədər bir çox fərqli şəkildə kömək etdiyini qeyd edib.
O, Proteonun da xatirəsini uca tutaraq Sarıyerdə onun heykələninin qoyulacağını bildirib.
Ayşən