XİN: Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi çox vacib məqamdan keçir

XİN: Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi çox vacib məqamdan keçir
SİYASƏT
17:28 27.05.2025
379
"Azərbaycan və Ermənistan arasındakı münasibətlərin normallaşması prosesi çox vacib məqamdan keçir".

Bunu APA-nın əməkdaşının sualına cavabında Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev deyib.

"Bildiyiniz kimi, sülh sazişinin mətninin razılaşdırılması prosesi tamamlanıb. Onun imzalanması üçün iki şərt var ki, sülhə zəminin yaradılması üçün bu istiqamətdə konkret addımlar atılmalıdır. Hər hansı sülh mesajları yalnız bu addımlar praktik olaraq reallaşdırıldıqda, konkret tələblər və hər iki tərəfin gözləntiləri yerinə yetirildikdə nəticə verir", - o qeyd edib.
OXŞAR XƏBƏRLƏR