XİN: "Azərbaycan hərbçisinin Ermənistanda döyülməsi beynəlxalq səviyyədə pislənməlidir"

XİN: "Azərbaycan hərbçisinin Ermənistanda döyülməsi beynəlxalq səviyyədə pislənməlidir"
SİYASƏT
16:31 13.04.2023
236
"Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən azaraq itkin düşən Azərbaycan Ordusunun 2 əsgəri Ermənistan tərəfindən saxlanılıb”.

AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə tviterdə yazıb.

"Onlar şiddətli şəkildə döyülüb və işgəncələrə məruz qalıblar. Bu cür pis rəftar, tamamilə qəbuledilməzdir və beynəlxalq səviyyədə pislənməlidir!”, - o bildirib.
OXŞAR XƏBƏRLƏR