XİN: Azərbaycan “Metsamor” AES-in vəziyyəti ilə bağlı narahatdır

XİN: Azərbaycan “Metsamor” AES-in vəziyyəti ilə bağlı narahatdır
SİYASƏT
16:44 09.02.2017
870

 

Azərbaycan hakimiyyəti Ermənistandakı "Metsamor” AES-in vəziyyəti ilə bağlı narahatdır.

Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov RİA Novosti-yə müsahibəsində bildirib.

"Regional tərəfdaşlarımızla hər zaman "Metsamor” AES-ə görə narahat oluruq. Bu, lap köhnəlib, "Çernobıl variantıdır”. Yaxşı ki, "Rosatom” müəyyən əlavə vəsait verir. Amma prinsipcə, bu stansiya artıq istifadə müddəti keçmiş obyektdir. Çünki Allah eləməsin, nəsə baş versə, yalnız Ermənistan yox, hamı əziyyət çəkəcək”, - Məmmədyarov deyib. 


OXŞAR XƏBƏRLƏR