XİN: “Azərbaycan Qarabağın erməni azlığına humanist və sivil münasibət göstərir”

XİN: “Azərbaycan Qarabağın erməni azlığına humanist və sivil münasibət göstərir”
SİYASƏT
14:57 06.07.2023
361
"Əvvəllər Avropa İttifaqının (Aİ) rolu faktiki olaraq ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın inhisarında idi. Bu fəaliyyətin nəticəsi isə sıfıra yaxın idi. Daha da pisi odur ki, bu vasitəçilik nəinki sülhə gətirib çıxarmadı, hətta Ermənistan tərəfindən ilhaqın açıq şəkildə tanınmasına belə mane olmadı. Bu da öz növbəsində müharibəyə səbəb oldu”.

Bunu Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov dünən Haaqada keçirilən və Aİ-nin region üzrə xüsusi nümayəndələri, Brüsseldən yüksək səviyyəli rəsmilər, eləcə də həm Qafqaz, həm də Avropa ölkələrindən yüksək səviyyəli diplomatlar və ekspertlərin iştirak etdiyi "Cənubi Qafqaz və Avropa İttifaqı” konfransında müzakirələr zamanı deyib.

Onun sözlərinə görə, rəsmi Bakı Aİ-nin Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesində hazırkı vasitəçilik missiyasını müsbət qiymətləndirir.

"Bu missiyanın tam uğur qazanması üçün keçmişin səhvləri nəzərə alınmalıdır. Bu isə ilk növbədə realizm prinsipinə, sahədə yeni yaranan reallıqlara qətiyyətlə riayət etmək, ikincisi, vasitəçinin qərəzsiz mövqeyini qorumaq deməkdir”, - azərbaycanlı diplomat bildirib.
Məlumata görə, səfir Elşad İskəndərov tədbir zamanı Ermənistanın "Mülki Müqavilə” partiyasının sabiq deputatı Tatevik Ayrapetyanın Laçın yolunun müvəqqəti bağlanmasını "Azərbaycanın Qarabağ ermənilərinə qarşı etnik təmizləmə siyasəti” kimi təqdim etmək cəhdlərinə də cavab verib:

"Azərbaycan Ermənistanla sərhədin Laçın hissəsini nəzarətə götürdükdən sonra biz erməni azlığına humanist və sivil münasibət göstərdik. Bir neçə həftə ərzində 30 ildən çox separatçı rejim tərəfindən məcburi təcrid vəziyyətində saxlanılan yerli əhali Azərbaycan hakimiyyətinin nümayəndələri ilə əlaqə yarada bildi - və heç bir problem olmadı. Və bu, qarşılıqlı etimad yaratmağın ən yaxşı yoludur”.

"Kim bu mühüm etimad quruculuğu tədbirinin yaradılması prosesini sarsıtdı?" - səfir Ermənistan nümayəndəsinə müraciət edib. "Ermənistandan atılan snayper gülləsi təkcə Azərbaycan sərhədçisinə deyil, həm də erməni azlığının Bakı ilə dialoquna qarşı yönəlmişdi. Çünki yerlərdəki real proses, bu ünsiyyət, sizin kimilərin "etnik təmizləmə planları” ilə bağlı ortaya atdıqları yalan rəvayətləri məhv etdi”, - deyə səfir Elşad İskəndərov əlavə edib.
 
///apa
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gəncədə "qara bazar"da dəyəri 1,6 milyon manat olan heroin aşkarlandı - VİDEO
09:16 11.03.2026
Gəncədə "qara bazar"da dəyəri 1,6 milyon manat olan heroin aşkarlandı - VİDEO
Halit Ergenç və Meryem Uzerli 15 ildən sonra eyni filmdə rola alacaq
09:12 11.03.2026
Halit Ergenç və Meryem Uzerli 15 ildən sonra eyni filmdə rola alacaq
İranda “qara yağış” yağdı - Fotolar
09:06 11.03.2026
İranda “qara yağış” yağdı - Fotolar
Bakı metrosunda tüstülənmə oldu
08:57 11.03.2026
Bakı metrosunda tüstülənmə oldu
Xocavənd və Xocalıya növbəti köç karvanları yola salındı
08:51 11.03.2026
Xocavənd və Xocalıya növbəti köç karvanları yola salındı
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
08:46 11.03.2026
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
04:32 11.03.2026
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO