XİN Azərbaycandan İrana hərbi zərbə endirilməsinin mümkünlüyü barədə açıqlama verdi

SİYASƏT
12:19 20.05.2013
1866

Azərbaycan ərazisindən İsrail və ya ABŞ tərəfindən İrana hərbi zərbə endirmək üçün baza kimi istifadə olunmayacaq.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsiElman AbdullayevMisir KİV-nə müsahibəsində bildirib. Misirə ötən həftə baş tutan səfər çərçivəsində Abdullayev Misirin "Əl-Youm Əs-Sabia", "Əl-Əhram", "Dostor Əl-Əsli" və "Təhrir nyus" qəzet və xəbər agentliklərinə müsahibə verib. Onun sözlərinə görə, Azərbaycan Dağlıq Qarabağ məsələsində Misirin dəstəyinin davam edəcəyinə ümid edir. XİN-nin rəsmi nümayəndəsi bildirib ki, bu gün Azərbaycan öz torpaqlarını hərbi yolla azad etmək iqtidarındadır: "Lakin biz qan tökülməsini istəmirik və Dağlıq Qarabağ münaqişəsinin diplomatik yolla nizama salınmasına ümid edirik".

OXŞAR XƏBƏRLƏR