XİN başçılarının Şuşadakı görüşü dünyaya hansı mesajı verdi? - Deputat AÇIQLADI

XİN başçılarının Şuşadakı görüşü dünyaya hansı mesajı verdi? - Deputat AÇIQLADI
SİYASƏT
12:45 11.10.2023
403
Ötən gün Şuşada İqtisadi Əməkdaşlıq Təşkilatının XİN rəhbərlərinin görüşü keçirilib.
 
Görüşdə iştirak edən Türkiyənin xarici işlər naziri Hakan Fidan mühüm bəyanatlar və fikirlər səsləndirib.
 
Həmçinin görüşdən öncə Hakan Fidanın Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovla şəxsi avtomobilində tədbirə qatılması dünyaya qardaşlıq nümunəsini bir daha sərgiləyib. 
 
Bəs Hakan Fidanın Şuşa səfəri ilə Azərbaycan və Türkiyə dünyaya hansı mesajı vermiş oldu?
 
Məsələ ilə bağlı AZXEBER.COM-a danışan millət vəkili Vüqar İskəndərov deyib ki, dünyada Azərbaycan və Türkiyə qədər dostluq, qardaşlıq nümayiş etdirən ikinci ölkələr tapmaq mümkün deyil:
 

 

"Bütün dünya bilir ki, Azərbaycan və Türkiyə dost, qardaş ölkələrdir. Həqiqətən baxsaq, hazırda dünyada bu ölkələr qədər bir-birinə bütün sahələr üzrə yaxın və birləşmiş bütünlüyü özündə ehtiva edən başqa ölkələr tapmaq mümkün deyil. Dediklərimizə bariz nümunə Şuşa Bəyannaməsidir ki, artıq müttəfiqliyimiz bu bəyannamə ilə rəsmiləşdi. Həm iki ölkənin münasibətləri, prezidentlərin qardaşlıq nümunələri, rəsmi tədbirlərdə "qardaş" sözünün xüsusi ifadə olunması bütün dünyaya bir subliminal mesajdır. Ümummili Lider Heydər Əliyevin "iki dövlət, tək millət" sitatı bu gün sözün əsl mənasında reallıqdır. Bütün sahələri götürsək, Azərbaycan və Türkiyə əlaqələri durmadan, yüksək xəttlə inkişaf edir.
 
Hakan Fidanın Şuşaya gəlməsi və dostu, qardaşı Ceyhun Bayramovla birgə avtomobilini özü idarə etməsi iki XİN rəhbərlərinin dünyaya verdiyi mesajdır. Onların birlikdə Şuşaya - Türk Dünyasının Mədəniyyət paytaxtına, coğrafi və mənəvi dəyəri olan yerə getmələri, həmçinin Hakan Fidanın Şuşadan önəmli bəyanatlar verməsi bir daha onu göstərdi ki, XİN rəhbəri Türkiyənin bugünkü mövqeyini də ortaya qoydu. Təbii ki, iki ölkənin rəsmiləri görüşərkən bu növbəti dəfə bütün aləmə yeni mesaj olur. Bu birlik, qardaşlıq bir nümunədir. Düşünürük ki, nə qədər ki, bu iki xalq var, dostluğumuz, qardaşlığımız əbədi olacaq".
 
Mikayıl Mirzəzadə
OXŞAR XƏBƏRLƏR