XİN başçısı: Azərbaycan üçün Mərkəzi Asiya ölkələri ilə münasibətlər xüsusi xarakter daşıyır

XİN başçısı: Azərbaycan üçün Mərkəzi Asiya ölkələri ilə münasibətlər xüsusi xarakter daşıyır
SİYASƏT
17:33 26.12.2025
104
Azərbaycan üçün Mərkəzi Asiya ölkələri ilə münasibətlər xüsusi xarakter daşıyır.

AZXEBER.COM xəbər verir ki, bu barədə ölkənin Xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Azərbaycan üçün Mərkəzi Asiya ilə əlaqələr xüsusi xarakter daşıyır. C.Bayramov xatırladıb ki, noyabr ayında Daşkənddə keçirilən sammitdə Azərbaycanın Mərkəzi Asiya ölkələri formatında (C5) tamhüquqlu iştirakı faktiki olaraq rəsmiləşdirilib, bu da son illər ərzində baş verən proseslərin məntiqi nəticəsi olub.

Nazir qeyd edib ki, Azərbaycan üçün cari hadisələri və həyata keçirilən layihələri nəzərə almaqla ümumi qarşılıqlı əlaqə formatında müzakirələr aparılması və qərarların qəbul edilməsi vacibdir: "Bütün bunlarla yanaşı, biz yaxşı bilirik ki, Mərkəzi Asiya ölkələrinin C5+ kontekstində ondan çox formatları var, o cümlədən Rusiya ilə də. Hazırda bizim üçün C5+ formatı prioritet deyil, bizim üçün prioritet Mərkəzi Asiya ölkələridir".

"Rusiya ilə bizim geniş ikitərəfli gündəliyimiz var, biz onlarla birgə digər beynəlxalq təşkilatların üzvləriyik və bu davam edəcək", - deyə nazir əlavə edib.
OXŞAR XƏBƏRLƏR