Ceyhun Bayramov: "Azərbaycan üçün mübarizənin yeni mərhələsi başlayıb"

Ceyhun Bayramov: "Azərbaycan üçün mübarizənin yeni mərhələsi başlayıb"
SİYASƏT
14:08 17.11.2021
358
"Azərbaycanın zəfər əldə etməsi və Türkiyə ilə qurduğu münasibətlər nəticəsində Cənubi Qafqazda yeni reallıq yaranıb”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib.

Onun sözlərinə görə, bunu da hər kəs qəbul edir və edəcək: "Azərbaycan üçün mübarizənin yeni mərhələsi başlayıb. Otuz ildir işğal altında olan, yerlə-yeksan edilmiş, bir milyona yaxın insanımızın didərgin salındığı həmin torpaqların minalardan təmizlənməsi kimi böyük bir iş bizi gözləyir. Bu il bu mövzuda ciddi işlər görülməlidir. Artıq illəri əhatə edəcək yox, aylarımızı alacaq işlərdən danışırıq. Aylar sonra köçkünlərin bəziləri yurdlarına qayıdacaq”.
OXŞAR XƏBƏRLƏR