XİN başçısı: "Macarıstan hər zaman birmənalı şəkildə Azərbaycanın haqq işini dəstəkləyib"

XİN başçısı: "Macarıstan hər zaman birmənalı şəkildə Azərbaycanın haqq işini dəstəkləyib"
Siyasət
13:40 10.03.2021
375
"Macarıstan uzun illər ərzində Azərbaycanın beynəlxalq müstəvidə mövqeyini dəstəkləyib. Xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi mövcud olduğu müddətdə Macarıstan hər zaman birmənalı şəkildə Azərbaycanın haqq işini dəstəkləyib”.

Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov martın 10-da Bakıda Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

"Xüsusilə Vətən müharibəsi dövründə Macarıstanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə verdiyi dəstəyi yüksək dəyərləndiririk”, - o bildirib.
OXŞAR XƏBƏRLƏR