XİN-dən ABŞ-da atışmada ölənlərlə bağlı başsağlığı

XİN-dən ABŞ-da atışmada ölənlərlə bağlı başsağlığı
SİYASƏT
13:48 04.08.2019
10706
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ABŞ-da dünən və bu gün baş verən atışmalarda ölənlərlə bağlı başsağlığı verib.

AZXEBER.COM-un məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin rəsmi Tvitter səhifəsində qeyd olunub.

"Çox sayda günahsız insanın ölümü və onlarla insanın yaralanması ilə nəticələnən ABŞ-ın Texas ştatının El Paso və Ohayo ştatının Deyton şəhərlərində baş vermiş dəhşətli hadisələrdən dərin kədər hissi keçiririk. Qurbanların ailələrinə başsağlığı diləyir, yaralananlara isə tez zamanda sağalmağı arzu edirik", - paylaşımda bildirilib.

Qeyd edək ki, ötən gün ABŞ-ın Texas ştatının El Paso şəhərindəki atışma nəticəsində 20 nəfər ölüb, azı 30 nəfər yaralanıb. Bu gün isə ABŞ-ın Ohayo ştatının Deyton şəhərində atışma nəticəsində 10 nəfər ölüb, 16 nəfər yaralanıb.
OXŞAR XƏBƏRLƏR