XİN-dən Almaniya Parlamentinin qətnaməsinə - MÜNASİBƏT

XİN-dən Almaniya Parlamentinin qətnaməsinə -  MÜNASİBƏT
SİYASƏT
03:25 03.06.2016
1265

Azərbaycan Xarici İşlər Nazirliyi Almaniya Parlamentinin “erməni soyqırımı” ilə əlaqədar qəbul etdiyi qətnaməyə münasibət bildirib.

Bu qətnaməni XİN-nin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev şərh edib:

“Almaniya Parlamentində qondarma “erməni soyqırımı” ilə əlaqədar 2 iyun 2016-cı il tarixində qəbul edilmiş qətnaməni qərəzli və qeyri-obyektiv hesab edirik. Tarixin saxtalaşdırılması və onun siyasi məqsədlər üçün istifadə edilməsi qəbuledilməzdir.

Almaniya ParlamentininErmənistanın Azərbaycana qarşı təcavüz və işğalına,Ermənistanərazisində tarixi torpaqlarında və işğal olunmuş Azərbaycan ərazilərində bir milyondan artıq azərbaycanlıya qarşıErmənistantərəfindən törədilmiş qanlı etnik təmizləməyə, o cümlədən Xocalı soyqırımına etinasız qaldığı halda, 101 il əvvəl baş verdiyi iddia edilən “erməni soyqırımı” kimi saxtalaşdırılmış tarixi məsələyə dair birtərəfli qaydada qətnamə qəbul etməsi və ona dair mühakimələr yürütməsi ikili standartların bariz nümunəsidir.

Bu tarixi saxtakarlıq faktına parlament səviyyəsində münasibətin bildirilməsi Almaniya cəmiyyətinin və beynəlxalq ictimaiyyətin çaşdırılmasına xidmət edir”.

OXŞAR XƏBƏRLƏR