XİN-dən Laçının işğalının 27-ci ildönümü ilə əlaqədar - Bəyanat

XİN-dən Laçının işğalının 27-ci ildönümü ilə əlaqədar - Bəyanat
SİYASƏT
12:14 17.05.2019
4251
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Laçın rayonunun işğalının 27-ci ildönümünü ilə əlaqədar bəyanat yayıb.

XİN-dən AZXEBER.COM-a verilən məlumata görə, bəyanatda deyilir:

"27 il bundan öncə, 18 may 1992-ci il tarixində, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olmayan Laçın rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı hərbi təcavüz siyasətinin davamı olan Laçın rayonunun işğalı nəticəsində bölgənin əhalisi etnik təmizləməyə məruz qalıb və hal-hazırda 77.518 nəfər Laçın sakini Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün qismində yaşayır.

Ermənistanın işğalı rayonda dövlət və özəl mülkiyyətə ciddi zərər yetirib. Belə ki, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan və məhv edilib.

Həmçinin dünya, yerli əhəmiyyətli çoxsaylı tarixi abidə vandalizmə məruz qalıb. O cümlədən, 6-cı əsrə aid Alban Ağoğlan məbədi, 14-cü əsrə aid Məlik Əjdər türbəsi, Qaraqışlaq kəndində məscid, Zabux kəndində qədim qəbiristanlıq viran edilib; Laçın Tarix Muzeyi və onun qızıl, gümüş və tunc sikkələrdən ibarət qədim kolleksiyası talan edilib.

Beynəlxalq hümunitar hüququ, o cümlədən Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozan Ermənistan işğal etdiyi digər Azərbaycan ərazilərində olduğu kimi Laçın rayonunda da qeyri-qanuni fəaliyyəti davam etdirir; coğrafi adlar dəyişdirilir, rayonun təbii resursları talan edilir, qanunsuz infrastruktur dəyişiklikləri həyata keçirilir, burada məqsədyönlü məskunlaşma siyasəti aparılaraq bölgənin demoqrafik tərkibi dəyişdirilir.

Avropa İnsan Hüquqları Məhkəməsinin "Çıraqov və digərləri Ermənistana qarşı" işi üzrə Azərbaycanın Laçın rayonundan məcburi qovulmuş Azərbaycan vətəndaşlarının xeyrinə 2015-ci il 16 iyun tarixli qərar qəbul edərək onların İnsan Hüquqları və Fundamental Azadlıqların qorunmasına dair Konvensiya üzrə mülkiyyət hüququ, şəxsi və ailə həyatına hörmət kimi hüquqlarının pozulduğunu təsbit edib. Həmçinin, bu qərarın 19-20-ci paraqraflarda Laçın rayonu, ələlxüsus Laçın şəhərinin hərbi hücuma məruz qalması, 1992-ci il may ayının ortalarında Laçının havadan bombardman edilməsi və bunun nəticəsində çoxlu sayda evlərin dağıdılması, şəhərin talan edilməsi və yandırılması, hərbi münaqişə dövründə Laçın və ətraf kəndlərin tamamilə dağıdılması öz təsdiqini tapıb.

BMT-nin Təhlükəsizlik Şurası 1993-cü ildə qəbul olunmuş 822, 853, 874 və 884 saylı qətnamələri Azərbaycan ərazilərinin işğalını pisləyib, Azərbaycanın ərazi bütövlüyü, suverenliyini və Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha təsdiq edərək işğalçı qüvvələrinin zəbt olunmuş ərazilərdən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edib. Lakin Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələri, eləcə də digər beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin tələblərinə məhəl qoymayaraq, onları ciddi şəkildə pozaraq Azərbaycanın işğal olunmuş ərazilərinin ilhaq edilməsi siyasətini yürüdür.

Ermənistan anlamalıdır ki, Azərbaycan ərazilərinin işğal altında saxlanması heç zaman Ermənistanın güddüyü siyasi nəticələri verməyəcəkdir. Azərbaycan ərazilərinin işğalına əsaslanan status-quo dayanıqlı deyil və qəbuledilməzdir. Bölgənin, o cümlədən Ermənistanın özünün dayanıqlı, demokratik, sülh, sabitlik və təhlükəsizliyin təmin olunduğu bir şəraitdə inkişafı birinci növbədə, beynəlxalq hüququn aliliyinin təmin olunması, işğal amilinin aradan qaldırılması, məcburi köçkünlərin fundamental hüquqlarının bərpa olunmasından asılıdır. Yalnız Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf bölgələrindəki Ermənistan silahlı qüvvələrinin bu ərazilərdən dərhal, tam və qeyd şərtsiz çıxarılması və Azərbaycanlı məcburi köçkünlərin öz evlərinə geri qayıtması iki ölkə arasında normal qonşuluq münasibətlərinin qurulmasına və bölgədə davamlı sülh, təhlükəsizlik və rifahın bərpa olunmasına imkan yaradacaqdır.

Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünün bərpa edilməsi, Laçın, habelə ölkənin digər işğal olunmuş rayonlarından olan məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmaq kimi hüquqlarının təmin edilməsi və ümumilikdə münaqişənin ağır fəsadlarının aradan qaldırılması beynəlxalq ictimaiyyətinin öhdəliyi olmaqla yanaşı, BMT Nizamnaməsində təsbit edildiyi kimi Azərbaycan dövlətinin ayrılmaz hüququdur".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Aİ Ukraynaya 3,2 milyard avro məbləğində ilk tranşı köçürüb
18:37 25.06.2026
Aİ Ukraynaya 3,2 milyard avro məbləğində ilk tranşı köçürüb
Rusiya ordusu son sutkada Ukraynaya məxsus 762 dronu vurub
18:21 25.06.2026
Rusiya ordusu son sutkada Ukraynaya məxsus 762 dronu vurub
Aşura günü 1200 litrdən çox qan yığıldı
18:10 25.06.2026
Aşura günü 1200 litrdən çox qan yığıldı
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək
17:47 25.06.2026
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək
Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı
17:37 25.06.2026
Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı
Kartlardan pul silinməsi ilə bağlı müəmma: Bank sistemindəki nasazlıq, yoxsa?
17:16 25.06.2026
Kartlardan pul silinməsi ilə bağlı müəmma: Bank sistemindəki nasazlıq, yoxsa?
Ölümündən sonra təltif edilən polkovniklər...
17:11 25.06.2026
Ölümündən sonra təltif edilən polkovniklər...
General rütbəsi verilən zabitlər kimdir? - Foto
17:09 25.06.2026
General rütbəsi verilən zabitlər kimdir? - Foto
Hava kəskin dəyişir: Yağış, dolu və sel gözlənilir
17:07 25.06.2026
Hava kəskin dəyişir: Yağış, dolu və sel gözlənilir
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
16:49 25.06.2026
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
16:47 25.06.2026
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
16:30 25.06.2026
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
16:30 25.06.2026
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
16:08 25.06.2026
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
16:01 25.06.2026
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
16:00 25.06.2026
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama